Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Henri Kluqe yeni növ koronavirus (COVID-19) pandemiyasının ikinci dalğası ilə bağlı xəbərdarlıq edib. H. Kluqe Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində deyib ki, payızda koronavirusun ikinci dalğası gözlənilir və bu, daha öldürücü ola bilər.
Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, ikinci dalğanın başlaması vəziyyətin ciddiləşməyindən xəbər verir:
“Görünən budur ki, virusa qarşı kollektiv immunitet qazanılmalıdır. Kollektiv immunitet o deməkdir ki, ən azı əhalinin 70%-i xəstələnməlidir. İnsanların vərdişləri situasiyanın dramatikləşməsinə kömək edir. Karantin qaydalarının pozulması artıma səbəb olur”.
Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz