CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya və yaşayış minimumu yenidən müzakirə ediləcək

© © Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ünvanlı dövlət sosial yardımı haqqında", "Əmək pensiyaları haqqında", "Sosial müavinətlər haqqında", "Yaşayış minimumu haqqında" və digər qanunlarda dəyişikliklər müzakirə ediləcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda 19 məsələyə baxılacaq.

İlk olaraq insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

"Turizm haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında", "İcra məmurları haqqında", "Təhsil haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Əmanətlərin sığortalanması haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Dini etiqad azadlığı haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Daxili qoşunların statusu haqqında", "Veteranlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Torpaq islahatı haqqında", "Sosial sığorta haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Xidməti və mülki silah haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Uşaq hüquqları haqqında", "Yol hərəkəti haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Torpaq bazarı haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Əmək pensiyaları haqqında", "Sosial müavinətlər haqqında", "Yaşayış minimumu haqqında" və digər qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Xəbər lenti
0