CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Otellərlə bağlı yenilik - Həmin otağa iki gün heç kəs buraxılmayacaq

© AP Photo / Ng Han GuanЧеловек в костюме биозащиты в одном из отелей. фото из архива
Человек в костюме биозащиты в одном из отелей. фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Daha bir yenilk isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq bufetlərin ləğv olunması, masalar arasında minimum 2 metr məsafənin saxlanılması və sifarişlərin fərdi şəkildə hotel personalı tərəfindən qəbul olunmasıdır

BAKI, 18 may — Sputnik. Otellər karantindən sonra qonaqların qəbuluna və yerləşdirilməsinə xüsusi diqqət ayıracaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region otellərinin xüsusi hazırlığı" mövzusunda onlayn müzakirə keçirilib. Müzakirələrdə karantin dövründən sonra otellərin fəaliyyəti, təklif olunan xidmətlərdə yeni qiymət siyasəti, otellərdə sanitariya və gigiyena qaydalarına riayət olunması, qonaqların qarşılanması və yerləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Müzakirlərdə çıxış edən otel şəbəkələrinin rəhbər şəxsləri pandemiyadan sonra vətəndaşlara göstərilən turizm xidmətlərində yeni norma və standartların, xüsusi yanaşmaların tətbiq ediləciyini diqqətə çatdırıblar. Belə ki, artıq vətəndaş otelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların hərarəti ölçüləcək. Müştəri ilə otel personalı arasında sosial məsafənin saxlanılması təmin olunacaq. Eyni zamanda otel nömrələrindən istifadə edən müştəri, oteldən çıxş etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq. Yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib yeni müştərilərin istifadəsinə veriləcək.

Daha bir yenilk isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq bufetlərin ləğv olunması, masalar arasında minimum 2 metr məsafənin saxlanılması və sifarişlərin fərdi şəkildə otel personalı tərəfindən qəbul olunmasıdır. Artıq bunun üçün otellər tərəfindən karantin dövründə işçi personalına xüsusi təlimlər də keçirilib. Yay mövsümündə vətəndaşlara otellər tərəfindən müxtəlif endirimli paketlərin və kompaniyaların da təklif olunacağı bildirilib.

Xəbər lenti
0