Azərbaycanda həyat yavaş-yavaş adi qaydasına qayıdır. Bu gündən etibarən Operativ Qərargahın qərarı ilə vətəndaşların bulvar, park və istirahət zonalarına daxil olmasına olan qadağalar ləğv edilib. Buna baxmayaraq, bu ərazilərdə 10 nəfərdən çox qrup halında toplaşmağa hələ də icazə yoxdur.
Ölkə sərhədləri isə hələ də kilid altındadır. Bir çox müəssisə, mağaza, ictimai nəqliyyat və Bakı metropoliteni hələ də sərt karantin şərtləri altında çalışır.