Türkiyədə bir gündə 44 nəfər öldü

© AP Photo / Emrah GurelЧеловек скончавшийся от COVİD-19 в Стамбуле , фото из архива
Человек скончавшийся от COVİD-19  в Стамбуле , фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Pandemiya ərzində ölkədə virusdan ölənlərin sayı 4 140 nəfər təşkil edir, yoluxanların ümumi sayı 149 435 nəfərə çatıb.

BAKI, 17 may — Sputnik. Bu gün Türkiyədə koronavirusa daha 1 368 yoluxma qeydə alınıb. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 149 435 nəfərə çatıb.

Граффити в благодарность медицинским работникам в Лондоне - Sputnik Azərbaycan
FOTO
Koronavirusdan ilham alan incəsənət: COVID-19 mövzusunda street-art

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün sosial şəbəkədəki hesabında xəbər verib.

Nazir bildirib ki, son bir gündə COVID-19-dan 44 nəfər vəfat edib. Beləliklə, pandemiya ərzində ölkədə virusdan ölənlərin sayı 4 140 nəfər təşkil edir.

Türkiyədə virusa yoluxmuş daha 1 825 nəfər sağalaraq evə buraxılıb. Bununla da virusdan sağalanların ümumi sayı 109 962 nəfərə çatıb. Son bir gündə koronavirusla bağlı 35 369 test aparılıb. Beləcə, ölkədə koronavirusla bağlı aparılan analizlərin sayı 1 624 994-ə çatıb. 

Xəbər lenti
0