BAKI, 17 may — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunda 1 nəfər işıq dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.