Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Respublika Klinik Xəstəxanasında kütləvi yoluxma olubmu?

© REUTERS / Rafael MarchanteБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın sözlərinə görə, xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətini dayandırması ilə bağlı məlumatlar da doğru deyil və xəstəxana adi iş rejimində çalışır

BAKI, 17 may — Sputnik. “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının işçiləri arasında kütləvi şəkildə koronavirusa yoluxma halının baş verməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətini dayandırması ilə bağlı məlumatlar da doğru deyil və xəstəxana adi iş rejimində çalışır.

Qeyd edək ki, bir sıra mətbuat orqanlarında Ak. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa kütləvi yoluxma halının baş verməsi və xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətinin dayandırması ilə bağlı xəbərlər yayılmışdı. İddiaya görə, tibb müəssisəsinin Ginekologiya şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə keçib.

Xəbər lenti
0