Ermənistan və Gürcüstandan yeni xəbər var

© Sputnik / Alexey Maishev / Mediabanka keçidПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda isə ötən gün koronavirusa daha 189 yoluxma qeydə alınıb. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 4 470-i ötüb. Ötən gün Ermənistanda daha beş nəfər koronavirusdan ölüb.  

BAKI, 17 may — Sputnik. Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 695 nəfərə çatıb. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.ge” internet saytında bildirilib. 

Врачи в центральной клинической больнице РЖД-Медицина в Москве - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada koronavirusa yoluxanların sayı 270 mini keçdi

Qeyd olunub ki, qonşu ölkədə koronavirus  səbəbi ilə 3822 nəfər karantində saxlanılır, 360 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Həmçinin bildirilib ki, indiyədək virusa yoluxanlardan 425 nəfəri sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.

Ermənistanda isə ötən gün koronavirusa daha 189 yoluxma qeydə alınıb. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 4 470-i ötüb. Ötən gün Ermənistanda daha beş nəfər koronavirusdan ölüb.  

"Ermənistanda koronavirusa 4 472 yoluxma təsdiq edilib, 1 925 pasiyent sağalıb. 60 insan ölüb", - nazirlikdə qeyd edilib.

Hazırda ölkədə 2 463 nəfər müalicə edilir. Məlumata görə, koronavirusla bağlı ümumilikdə 40 230 test keçirilib.

Xəbər lenti
0