Neft bəlkə qalxdı – Çində uçuşlar 60 faiz bərpa olunur

© AP Photo / Michael ProbstСамолеты, фото из архива
Самолеты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çində mart ayından etibarən epidemioloji vəziyyətin yaxşılaşması nəticəsində bütün sahələrdə fəaliyyət və xidmətlər bərpa olunmağa başlayıb.

BAKI, 17 may — Sputnik. Çində ötən gün mülki aviasiyası üzrə gündəlik uçuş sayı 10 min 262-yə çatıb.

Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft 100 dollar olacaq, söz veriblər

Sputnik Azərbaycan Çin Mülki Aviasiya Administrasiyasına istinadla xəbər verir ki, bu rəqəm yeni növ koronavirusun (COVID-19) sürətlə yayılmasından əvvəlki dövrdə olan göstəricinin təxminən 60 faizi deməkdir. Sonuncu dəfə gündəlik uçuş sayının 10 minə çatması fevralın 1-də qeydə alınmışdı. Ölkədə COVID-19 infeksiyasının sürətlə yayıldığı vaxtda - yanvarın 23-dən uçuşların sayı kəskin azaldılmağa başlayıb. Fevralın 13-də gün ərzində cəmi 3931 uçuş olub ki, bu da normal vaxtdakı uçuşların 23 faizinə bərabərdir.

Çində mart ayından etibarən epidemioloji vəziyyətin yaxşılaşması nəticəsində bütün sahələrdə fəaliyyət və xidmətlər bərpa olunmağa başlayıb. Ölkədaxili uçuşlar bərpa olunsa da, bunu beynəlxalq uçuşlara aid etmək olmaz. Çünki Çin hökuməti mülki aviasiya şirkətlərinin beynəlxalq uçuşlarını əhəmiyyətli dərəcədə azaldıb. Bundan başqa, xaricdən ölkəyə virus axınını azaltmaq üçün kiçik istisnalar olmaqla əcnəbilərin Çinə girişi dayandırılıb. Bu da Çinin beynəlxalq uçuşlarının azalmasına təsir göstərən əsas amillərdən biridir.

Qeyd edək ki, hazırda dünyanın ikinci ən böyük mülki aviasiya bazarı olan Çində ötən il bu sektorda rekord məbləğdə - 154,27 milyard dollar dövriyyə qeydə alınıb. Artım əvvəlki illə müqayisədə 5,4 faiz təşkil edib. Hazırda ölkədə 238 hava limanı fəaliyyət göstərir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası Çinin 2020-ci illərin ortalarında ABŞ-ı ötərək planetin ən böyük aviasiya bazarı olacağını proqnozlaşdırıb.

Xəbər lenti
0