Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bir gündə 3 nəfər öldü, 136 yeni yoluxan aşkar edildi

© AP Photo / Pavel GolovkinМедик транспортирует пациента с подозрением на коронавирусную инфекцию в Москве
Медик транспортирует пациента с подозрением на коронавирусную инфекцию в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib.

BAKI, 17 may — Sputnik. Azərbaycan Respublikasında 136 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bakıda təcili yardım avtomobili - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ölkəmizdə koronavirusa yoluxanların sayında yeni xoşagəlməz rekord

Sputnik Azərbaycan  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232 077 test aparılıb.

Xəbər lenti
0