CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bilet yoxdur, olmayacaq da!

© Azerbaijan Highway State Agency Поезд Баку-Сумгаит, фото из архива
Поезд Баку-Сумгаит, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların xarici ölkələrə və regionlara səfər üçün biletlərlə bağlı müraciətlərinə cavab olaraq bildirib ki, hazırda qatarların beynəlxalq və ölkədaxili istiqamətlərdə hərəkəti dayandırıldığından biletlərin satışı da həyata keçirilmir

BAKI, 17 may — Sputnik. Beynəlxalq sərnişin daşımaları dayandırıldığı üçün qarşıdakı günlərə bilet almaq mümkün deyil.  

Bu barədə  “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib.  

N.Bayramova vətəndaşların xarici ölkələrə və regionlara səfər üçün biletlərlə bağlı müraciətlərinə cavab olaraq bildirib ki, hazırda qatarların beynəlxalq və ölkədaxili istiqamətlərdə hərəkəti dayandırıldığından biletlərin satışı da həyata keçirilmir:  

“Pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi tətbiq edilir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, beynəxalq və regional sərnişin daşımaları, eləcə də ADY-nin onlayn bilet satışı dayandırılıb”.  

Natəvan Bayramova onu da əlavə edib ki, qatarların ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkəti bərpa olunduqdan sonra onlayn bilet satışı da mümkün olacaq.

Xəbər lenti
0