BAKI, 17 may — Sputnik. Füzuli rayonunda çayda batan 11 yaşlı qızın axtarışı başa çatıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan Məmmədova Aysun Arzu qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.
A.Məmmədovanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.