Yoxdur deyirdilər, indi 30 minə çatır

© REUTERS / LUCY NICHOLSONПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək Belarusda koronavirusla bağlı 350 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.

BAKI, 17 may — Sputnik. Belarusda son sutka ərzində koronavirusa (COVID-19) 969 nəfər yoluxub, 5 nəfər isə bu infeksiyadan ölüb.

Sputnik Azərbaycan xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 29 min 650 nəfərdir. Onlardan 9 min 932 nəfəri tam sağalaraq evə buraxılıb, 165 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 350 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.

Xəbər lenti
0