BAKI, 17 may - Sputnik. Mingəçevirdə oğurluq üçün evə soxulan şəxslər ev sahiblərinə ağır xəsarət yetiriblər.
APA-nın məlumatına görə, hadisə gecə saatlarında Puşkin küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.
Evə oğurluq məqsədilə girən qarətçilər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki M.Allahverdiyev iş adamıdır. İlkin məlumata görə, qarətçilər bir neçə nəfər olub.