CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusa kütləvi yoluxma qeydə alınan müəssisə bağlandı

© Sputnik / Murad Orujov Təcili yardım briqadası
 Təcili yardım briqadası - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı "Bakı Tikiş Evi"ndə 64 nəfərin, "Baku Steel Company"də isə 48 nəfərin koronavirusa yoluxduğunu bildirib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Kütləvi koronavirusa yoluxma faktı qeydə alınan müəssisələrdən biri fəaliyyətini dayandırıb. Sputnik Azərbaycan-a bu barədə məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva verib. O bildirib ki, “Bakı Tikiş Evi” (BTE) hazırda işləmir: "BTE koronavirusa kütləvi yoluxma qeydə alınan müəssisələrdəndir. Ona görə, də həmin müəssisə fəaliyyətini dayandırıb. Mayın 18-dən etibarən müəssisənin fəaliyyəti bərpa olunacaq. Amma koronavirusa yoluxma qeydə alınan digər müəssisə "Baku Steel Company"də iş davam edir. BTE-nin koronavirusa yoluxan işçiləri və onların təmasda olduğu şəxslər karantinə alınıb".

BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov isə Sputnik Azərbaycan-a açıqlamasında müəssisənin fəaliyyətini dayandırdığını təsdiqləyib. O bildirib ki, işçilər arasında koronavirusa yoluxma tibb işçisindən keçib: "Müəssisəmizdə çalışanların birinin övladı həkimdir. Əvvəlcə koronavirusa o yoluxub. Daha sonra anasını yoluxdurub. Həmin qadın isə bizdə çalışır. Beləcə yoluxmanın miqyası artıb. Bundan sonra fabrikdə koronavirusa yoluxan işçilər karantinə alınıb".

E.Əzməmmədov deyib ki, koronavirusa yoluxan işçilər arasında ölüm qeydə alınmayıb. Yoluxan şəxslərin bir qismi yaxın günlərdə evə buraxılacaq.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı "Bakı Tikiş Evi"ndə 64 nəfərin, "Baku Steel Company"də isə 48 nəfərin koronavirusa yoluxduğunu bildirib.

Xəbər lenti
0