CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident həbs edilən generalı vəzifəsindən azad etdi

Abunə olmaq
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu şübhəli şəxs qismində saxlanılıb

BAKI, 15 may — Sputnik. Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini general-leytenant Əfqan Vəli oğlu Nağıyev vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev mayın 15-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

© State Border Service of Azerbaijan RepublicЗаместитель начальника ГПС генерал-лейтенант Нагиев Афган
Prezident həbs edilən generalı vəzifəsindən azad etdi - Sputnik Azərbaycan
Заместитель начальника ГПС генерал-лейтенант Нагиев Афган

Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Xəbər lenti
0