CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda koronavirus aşkarlanan xəstələrin sayı açıqlandı

© Photo : APAВид на горд Нахчыван, фото из архива
Вид на горд Нахчыван, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Naxçıvanda profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 3-5 misli məbləğində mükafatlandırılıblar

BAKI, 15 may — Sputnik. “Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva bildirib. Onun sözlərinə görə, hazırda 417 nəfər karantində saxlanılır:

 “Virusun laborator təyini üçün Muxtar Respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u tam sağalma ilə evə yazılıb. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir”.

Z.Mustafayevanın sözlərinə görə, yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiya elan olunan virusun Muxtar Respublikada yayılması nəzarətə götürülüb.  Z.Mustafayeva Muxtar Respublikanın səhiyyə müəssisələrində görülən işlər, profilaktik tədbirlər barədə geniş məlumat verib. Qeyd edib ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 3-5 misli məbləğində mükafatlandırılıblar.

Xəbər lenti
0