CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük Britaniya kraliçası Azərbaycanı təbrik etdi

© © Victoria Jones / POOL / AFPКоролева Великобритании Елизавета II во время церемонии открытия парламента
Королева Великобритании Елизавета II во время церемонии открытия парламента - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp mayın 14-də azərbaycanlı həmkarına məktub göndərərək 28 May - Respublika Günü münasibətilə təbrik etmiş və Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində ölkəsinin iştirakını davam etdirəcəyini bildirmişdi

BAKI, 15 may — Sputnik. Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan bildirir ki, məktubda deyilir: "Bu çətin zamanda milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 14-də azərbaycanlı həmkarına məktub göndərərək 28 May - Respublika Günü münasibətilə təbrik etmiş və Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində ölkəsinin iştirakını davam etdirəcəyini bildirmişdi.

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Koreya Respublikasının Prezidenti Mun Ce-in, Malta Respublikasının Prezidenti Corc Vella da ölkəmizi Respublika Günü münasibətilə təbrik edərək, ölkəmizə sülh, tərəqqi və firavanlıq arzu ediblər.

Xəbər lenti
0