CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günləri və həftəsonu yenidən məhdudiyyətlər ola bilər

© Sputnik / Murad OrujovНа одной из улиц в Баку, фото из архива
На одной из улиц в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
TƏBİB İdarə Heyətinin sədri: "Son dövrlərdə çarter reysləri ilə xaricdən ölkəyə gələnlər arasında yoluxma 20 faiz təşkil edib"

BAKI, 15 may — Sputnik. "Növbəti mərhələlərdə bayram günləri və həftə sonları üçün məhdudiyyətlər tətbiq edilə bilər".

Автомобиль дорожной полиции, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantin yumşaldıqca "bizimkilər" həvəsə gəlirlər

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib: "Yumşalmaya gedilsə də, vətəndaşlarımıza zəruri olmadıqca küçəyə çıxmamaları, fəaliyyətinə icazə verilən yerlərə getməmək tövsiyə edilir. Bu qaydalara riayət etməyən obyekt sahibləri cinayət məsuliyyətinə cəlb ediləcək. Əvvəlki yaşayış tərzimizə, həyatımıza qayıdacağımız barədə düşünməməliyik. Unutmayaq ki, hələ uzun müddət qaydalara riayət etməliyik. Kontrollu sosial həyat əsas devizimiz olmalıdır. Tibbi maska və sosial məsafənin gözlənilməsinə birlikdə əməl olunmalıdır ki, koronavirusla mübarizədə iştirak edən həkimlər də yorulmasın".

R. Bayramlı deyib ki, məhdudiyyətlər üçün yoluxma sürəti, çarpayı sayı və gündəlik yoluxma nəzərə alınacaq: "İndiyədək aparılan testlərin 1,3 faizi pozitiv hallarla nəticələnib. Simptomlar müşahidə edilən şəxslər, xaricdən ölkəyə qayıdanlar, həkimlər, xəstələrlə təmasda olanlar arasında aparılır. Son dövrlərdə çarter reysləri ilə xaricdən ölkəyə gələnlər arasında yoluxma 20 faiz təşkil edib".

Xəbər lenti
0