"Hərbi yolla". Alim koronavirusa qarşı peyvəndləmə ssenarisindən danışdı

© Sputnik / Murad OrujovШприц в руке, фото из архива
Шприц в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu halda, bütün əhalini deyil, "təhlükəli" kontingentin bir hissəsini, yəni koronavirus infeksiyasının ocaqlarında işləyən və xəstəliyi ağır keçirmək riskləri olan insanları peyvəndləməyə başlayacaqlar", - alim bildirib

BAKI, 15 may — Sputnik. Rusiyada koronavirusa qarşı peyvəndləmə "hərbi yolla" gedə bilər.

Sputnik radiosu xəbər verir ki, Rusiyanın Əməkdar elm xadimi, akademik Sergey Kolesnikov belə hesab edir. 

Onun fikrincə, vəziyyət peyvəndləmənin qeyri-ənənəvi yolla irəliləməsinə səbəb ola bilər ki, bu zaman peyvəndlər artıq bu payız vurula bilər.

Akademik preparatların fövqəladə vəziyyətdə qeydiyyata alınmasının xüsusi bir prinsipinin olduğunu xatırladıb.

"İstisna deyil ki, yüksək ölüm və yoluxmanı nəzərə alaraq hərbi yolla gedəcəyik. Bu halda, bütün əhalini deyil, "təhlükəli" kontingentin bir hissəsini, yəni koronavirus infeksiyasının ocaqlarında işləyən və xəstəliyi ağır keçirmək riskləri olan insanları peyvəndləməyə başlayacaqlar. Belə bir eksperiment tamamilə mümkündür, lakin bu, peyvəndləmənin qeyri-ənənəvi yoludur. Amma əgər bu yolu seçsələr, peyvəndləmə payızda və ya qış ərəfəsində başlaya bilər", - Kolesnikov bildirib.

"Əks halda, peyvəndləmə ilin sonundan əvvəl başlamayacaq", - o hesab edir.

Xəbər lenti
0