Kulinariya fotoqrafiyasının illik müsabiqəsində həm peşəkarlar, həm də həvəskarlar iştirak edə bilərlər. Kateqoriyalar yemək, məhsul yığımı, içkilərin içilməsi və ya dünya qastronomiya ənənələri ilə bağlı hər şeyi əhatə edir.
Müsabiqə 2011-ci ildən keçirilir. Bu il münsiflər heyəti 70 ölkədən olan müəlliflərin doqquz minə yaxın əsərini nəzərdən keçirib. "Pink Lady® Food Photographer of the Year"-in mükafat fondu 20 min Britaniya funtundan çoxdur. Bu il qalibləri onlayn elan ediblər, baxmayaraq ki, bu mərasim əvvəllər ənənəvi olaraq Londonda yerləşən dünya şöhrətli "Galleries" ticarət mərkəzində finalçılar üçün təşkil olunan furşet zamanı reallaşdırılırdı.
Kulinariya üzrə "Pink Lady® Food Photographer of the Year" fotoqrafiya müsabiqəsinin ən yaxşı fotolarına Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.