SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin köməkçisi: “Ermənistan danışıqlar prosesindən geri çəkilir”

© Sputnik / Murad OrujovПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibə verib

BAKI, 14 may — Sputnik. Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur.

Глава МИД Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan XİN başçısı: “Ermənistan BMT-nin Nizamnaməsini açıq şəkildə pozur”

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində deyib.

O, danışıqlarda irəliləyiş üçün Yerevanın konstruktiv fəaliyyətinin olmamasından təəsüfləndiyini bildirib: “Ermənistan danışıqlar prosesindən geri çəkilir”.

H.Hacıyevin sözlərinə görə, münaqişənin yeganə həll yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması, erməni qoşunlarının çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmasıdır.

O bildirib ki, işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” bir daha göstərdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejim cinayətkar birləşmədən, Ermənistanın siyasi rəhbərliyinin mafioz klanından başqa bir şey deyil.

Daha sonra H.Hacıyev qeyd edib ki, işğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanununsuz ixracı artıq ənənəyə çevrilib və bu sahədən qazanılan gəlir Ermənistanın siyasi rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.

Xəbər lenti
0