BAKI, 14 may — Sputnik. Artıq çəkidən qurtulmaq üçün hər gün idmanla məşğul olmaq gərək deyil.
Sputnik Azərbaycan bildirir ki, bunu Today-ə San-Fransiskonun dörd ölçü arıqlamağa müvəffəq olan sakini Eşli Braun deyib.
Qızın sözlərinə görə, hər gün trenajorda bir saat qaçmağın vacib olduğunu düşündüyü üçün arıqlaya bilmirmiş. Çünki heç idman zalına getməyə vaxtı da yoxmuş.
“Düzü, heç getmək də istəmirdim, mənə elə gəlirdi ki, hamı mənə baxır”, - Eşli etiraf edib.
Ancaq toyundan əvvəl Eşli qərara gəlib ki, fiqurasını “yonmalıdır”, buna görə də fərdi məşqçi ilə onlayn məşğələlərə başlayıb. O, hər dəfə yarım saat olmaqla həftədə üç gün idman etməyə başlayıb.
Altı ay sonra Eşli artıq dörd ölçü balaca cins geyinə bilib. Arıqlamaq istəyənlərə isə o, tərəziyə baxmağı deyil, qabaritlərə fikir verməyi, eləcə də yeməyə diqqət edərək yalnız maraqlı təmrinləri seçməyi tövsiyə edib.