CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Sərhəd Xidmətinin rəhbərliyində həbslər - RƏSMİ

CC0 / succo / Колючая проволокаКолючая проволока над забором, фото из архива
Колючая проволока над забором, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

BAKI, 14 may - Sputnik. Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Sputnik Azərbaycan DTX-nin rəsmi saytına istinadən xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda araşdırmalar davam etdirilir.

© State Border Service of Azerbaijan RepublicDSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan
Dövlət Sərhəd Xidmətinin rəhbərliyində həbslər - RƏSMİ - Sputnik Azərbaycan
DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan

İctimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti
0