CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSMF-də struktur dəyişikliyi - Yeni qurum yaradıldı

© SputnikDövlət Sosial müdafiə fondu
Dövlət Sosial müdafiə fondu - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq əmr ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb.

BAKI, 14 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, fondun yerli orqanlarının fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrində uçotda olan sığortaedən və sığortaolunanların həmin idarədə uçotunun mərkəzləşdirilməsi işlərinə başlanılıb. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə yerli qurumlarında uçotda olan bütün sığortaedənlərin və sığortaolunanların uçotunun mərkəzləşdirilməsi artıq başa çatıb. Fondun ölkənin digər şəhər və rayon şöbələri üzrə uçotda olan sığortaedən və sığortaolunanların uçotunun mərkəzləşdirilməsi isə bir ay ərzində həyata keçiriləcək.

Xəbər lenti
0