CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının ən böyük tunelində sürücüləri sürpriz gözləyir

© Azerbaijan Highway State AgencyBakıda avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub
Bakıda avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtonəqliyyat vasitələrinin tunellərdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mütəmadi olaraq işlər aparır

BAKI, 13 may — Sputnik. Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində paytaxtın ən böyük tunellərindən biri olan Ziya Bünyadov prospektinin "Xutor" dairəsi adlanan ərazidən keçən hissəsində yerləşən çox istiqamətli avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, məqsəd sürücülərin istər gündüz vaxtı tunellərə daxil olarkən, istərsə də sutkanın qaranlıq saatlarında sözügedən tunellərdə hərəkəti zamanı hərəkət hissəsini daha aydın şəkildə görməsinə şərait yaratmaq, yarana biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqla hərəkətin təhlükəsizliyini təmin etməkdir.

© Azerbaijan Highway State Agency
Bakıda avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - Sputnik Azərbaycan
1/3
© Azerbaijan Highway State Agency
Bakıda avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - Sputnik Azərbaycan
2/3
© Azerbaijan Highway State Agency
Bakıda avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Yeni işıqlandırma sistemi avtomobil tunellərinin yan divarları boyunca quraşdırılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uzunluğu o qədər də böyük olmayan avtomobil tunellərində giriş və çıxış hissələr vizual olaraq göründüyü üçün sürücülərin işıqlı, əsasən də günəşli havadan bu cür tunellərə daxil olarkən görmə məhdudiyyəti yaranmır. Lakin daha uzun avtomobil tunellərində sürücülər belə bir problemlə qarşılaşa bilərlər: "Məhz bunu nəzərə alaraq agentliyimiz tərəfindən paytaxtın ən böyük tunellərindən birində əlavə işıqlandırma sistemləri quraşdırılıb. Artıq sözügedən ərazidə həm gündüz, həm də sutkanın qaranlıq saatlarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib".

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtonəqliyyat vasitələrinin tunellərdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə mütəmadi olaraq işlər aparır. Bu çərçivədə avtomobil tunellərində mövcud işıqlandırma sistemində yaranan problemlər qısa zaman kəsiyində aradan qaldırılır, əlavə işıqlandırma sistemləri qurulur, istiqamətverici və yolgöstərici nişan və yol elementlərinin işıq qaytarıcılığı bərpa olunur.

Xəbər lenti
0