BAKI, 13 may — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) turizm və otelçilik sektorunda koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər hazırlayıb. Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda turizm sektorunda çalışan əməkdaşlar və müştərilər üçün hazırlanmış qaydalar öz əksini tapıb:
- Qonaq qəbulu masasında lazımi avadanlıq və tibbi ləvazimatların olması təmin edilməlidir;
- İstər qonaqlar arasında, istərsə də personal arasında ən azı 2 metr sosial məsafə qorunmalıdır;
- Əl gigiyenasına, əllərin spirt əsaslı məhlul ilə müntəzəm təmizlənməsi və ya sabun və su ilə yumaq aid edilir. Əllərin dezinfeksiya edilməsi qonaqlar ilə işçi arasında təmasdan sonra icra olunmalıdır;
- Öskürmə və ya asqırma zamanı ağız və burun birdəfəlik kağız salfet ilə və ya parça dəsmalla örtülməlidir.