CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiyadan zərər çəkən bu vergi ödəyicilərinə pul verilir

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 147 işçini əhatə edən 27 065 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

BAKI, 13 may — Sputnik. Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 27 065 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 103 268 fərdi (mikro) sahibkar, cəmi 130 333 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 147 işçini əhatə edən 27 065 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 91,81 mln. manat, o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 42,77 mln. manat təşkil edir.

Mayın 12-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 21 985 vergi ödəyicisinə 193 564 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 43,82 mln. manat vəsaitin köçürülməsi təmin edilib. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 103 268 vergi ödəyicisindən müraciət daxil olub, 94 490 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 56,12 mln. manat təşkil edir. Mayın 12-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 53,40 mln. manat vəsaitin 88 873 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Xəbər lenti
0