Kim Çen In haradadır? ABŞ yenə onu axtarır

© AFP 2024 / STR / KCNA VIA KNS / Президент КНДР Ким Чен Ын , фото из архив
Президент КНДР Ким Чен Ын , фото из архив - Sputnik Azərbaycan
Abunə olmaq
Şimali Koreyanın lideri Kim Çen Inın yenidən naməlum səbəbdən yoxa çıxması ABŞ nəşrinin diqqətini cəlb edib

BAKI, 13 may — Sputnik. Şimali Koreyanın lideri Kim Çen In yenidən naməlum səbəbdən yoxa çıxıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Kim Çenin yoxa çıxması New York Post nəşrinin diqqətini cəlb edib.

Qəzetin yazdığına görə, o, ictimaiyyət qarşısına çıxmır və artıq 12 gündür, heç bir bəyanat verməyib. "Ola bilsin ki, o, həqiqətən də fabriklərdə lentləri kəsəcək (...), lakin biz şəkillərin əsl olub-olmadığını yoxlaya bilmərik", - deyə ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen Kim Çen Inın ictimaiyyət qarşısındakı son görüntülərini şərh edərkən bildirib.

Mayın 2-də internetdə gübrə zavodunun açılış mərasimindən kadrlar peyda olub. Burada Kim Çen In təntənəli şəkildə qırmızı açılış lentini kəsir. Xəstə olduğu barədə şayiələrin yayılmasına baxmayaraq, KXDR lideri bu kadrlarda sağlam görünür.

Aprelin 15-də Kim Çen In babası və KXDR-in təsisçisi Kim İr Senin təntənəli doğum günü tədbirində iştirak etməyib. Bu tədbirlərə qatılmaması onun ölməsi və yaxud ağır xəstə olması barədə şayiələrin meydana çıxmasına səbəb olub. Şimali Koreyanın liderinin müstəqil şəkildə ayağa qalxa, yeriyə bilmədiyi və ya "vegetativ vəziyyətdə" olduğu ehtimal edilirdi.

Xəbər lenti
0