CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqtisadiyyat Nazirliyində kadr dəyişiklikləri olub

© Sputnik / Irade JELILHökumət evi
Hökumət evi - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb

BAKI, 13 may — Sputnik. Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Elnur Aydın oğlu Əliyev İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Nəzərli Orxan Faiq oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Samirə Fəxrəddin qızı MusayevaVəliyev İlkin Etibar oğlu da Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin ediliblər.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini də icra edəcək.

Yusubov Elçin Mustafa oğlu, Şahbazov Rüstəm Adıgözəl oğluCəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin ediliblər.

Məmmədov Sahib Əli oğlu isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin olunub. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Xəbər lenti
0