CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Prokurorluq Kürdəmirdəki qətllə bağlı məlumat yaydı

© Sputnik / Anar MustafaevАзербайджан, фото из архива
Азербайджан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Rahim İslamov şəxsi münasibətlər zəminində Cəbrayıl Malikovu qətlə yetirib

BAKI, 13 may — Sputnik. Kürdəmir rayonunun prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü "isti izlər"lə açılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 12-də saat 20 radələrində 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Cəbrayıl Malikovun rayonun Atakişili kəndi ərazisində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunan Kürdəmir rayon sakini Rahim İslamov tərəfindən şəxsi münasibətlər zəminində, aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0