CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm şirkətləri yenidən lisenziyalaşdırıla bilər

© AP Photo / Evan VucciПодпись, фото из архива
Подпись, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaxın zamanlarda yenidən lisenziyalaşma prossesinə başlamağa ehtiyac olduğunu düşünür.

BAKI, 13 may — Sputnik. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaxın zamanlarda turizm şirkətlərinin lisenziyalaşdırılmasına başlamağı təklif edir. Qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumatda bildirilir ki, 2015-ci ildə ölkə başcısının sərəncamı ili xüsusi icazələrin, yəni lisenziyaların ləğv edilməsi həmin dövr üçün olduqca vacib bir qərar olub. Çünki turizm sənayenin formalaşmasına, yeni şirkətlərin yaradılmasına çox ciddi ehtiyac duyulurdu. Bu qərarın verilməsi özünü doğrultdu. Son 5 il ərzində Azərbaycanda kifayət qədər turizm şirkəti formalaşdı. Bu gün artıq onların sayı 4 mini ötüb. Təbii ki, kəmiyyət artımı ilə yanaşı, keyfiyyət artımına da şəraitin yaradılması vacib amildir.

"Təəssüflə qeyd etməliyik ki, bu gün heç də bütün turizm şərkətləri tələb olunan keyfiyyət standartlarına cavab vermir. Bu da turizm sənayesi üçün çox ciddi problemlərə yol açır. Son dövrlərdə assosiasiyaya turizm şirkətlərinin fəaliyyəti ilə bağlı kifayət qədər şikayətlər daxil olurdu. Vətəndaşlar, turizm şirkətlərinin üzərinə götürdükləri öhdəliklər və xidmətləri yerinə yetirə bilmədikləri üçün narazılıq edirdilər. Bunun nəticəsində də ölkədə yalnız həmin turizm şirkətləri ilə bağlı deyil, digər aparıcı turizm şirkətlərinin nüfuzu da ciddi zərbə görürdü və turizm şirkətlərinə qarşı böyük inamsızlıq yaranırdı.  Assosiasiya olaraq hesab edirik ki, artıq turizm şirkətləri yenidən lisenziyalaşma prosesinə keçid etməlidir ki, bu prosseslər müəyyən mənada tənzimlənsin. Qurumun əldə etdiyi məlumata görə, turizm haqqında qanunda da bununla bağlı müddəalar öz əksini tapıb", - R.Hacıyev bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaxın zamanlarda yenidən lisenziyalaşma prossesinə başlamağa ehtiyac olduğunu düşünür: "Müəyyən keyfiyyət standartlarının tədbiqinə ehtiyac var. Hesab edirik ki, əgər ölkədə turizm agentliklərinin fəaliyyətində xidmət keyfiyyətlərini artırsaq, bu sahədə proseslər müəyyən qədər tənzimlənəcək".

Xəbər lenti
0