Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 13 may — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında əməliyyat keçirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində yerləşdirib.
Məlumata əsasən əməliyyat İraqın şimalında Metina və Hakurk bölgələrində keçirilib.
"Əməliyyat nəticəsində 4 PKK terrorçusu məhv edilib. Terror təşkilatına qarşı əməliyyatlarımız davam edəcək", - deyə nazirliyin yaydığı məlumatda bildirilir.
Irak kuzeyi Hakurk ve Metina bölgelerinde keşif ve gözetleme vasıtalarıyla tespit edilen 4 PKK'lı terörist düzenlenen hava harekâtlarıyla etkisiz hale getirildi. Terör örgütü PKK’ya yönelik operasyonlarımız kararlılıkla sürüyor.#MSB #TSK pic.twitter.com/SBbFclnJ3u
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) May 13, 2020
Qeyd edək ki, həmçinin mayın 7-də də Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib.
Məlumata əsasən, əməliyyatı Türkiyə Həbi Hava Qüvvələri həyata keçirib. Belə ki, İraqın Hakurk, Zap və Haftani bölgələrində həyata keçirilən əməliyyat zamanı 4 PKK terrorçusu zərərsizləşdirilib.