Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin Ağalarov boşanır

© Sputnik / Murad OrujovЭмин Агаларов и Алёна Гаврилова на красной дорожке фестиваля "Жара", день второй
Эмин Агаларов и Алёна Гаврилова на красной дорожке фестиваля Жара, день второй - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur müğənni ayrıldığı xanımına minnətdarlıq edərək bildirib ki, o, həmişə onun üçün əziz insan olaraq qalacaq

BAKI, 13 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı Alyona Qavrilovadan ayrıldığını bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Emin sosial şəbəkədəki səhifəsində yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от eminofficial (@eminofficial)

“Bu, doğrudan da həyatımızın xoşbəxt günü idi! Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Mən sənə birlikdə yaşadığımız hər bir gün və əlbəttə ki, qızımız Afina üçün təşəkkür edirəm! Həyatımızdakı növbəti vacib addım bizim gözəl uşağımızın tərbiyəsidir və bizdə hər şey mütləq alınacaq. Biz birlikdə çox şeydən keçmişik, sənə qarşı böyük hörmətim var, minnətdaram və bu hissləri  bütün ömrüm boyu daşımaq fikrindəyəm”, - Ağalarov toy şəkillərini paylaşaraq yazıb.

Qavrilova isə öz səhifəsində istifadəçilərdən özünə gəlmək üçün vaxt istəyib.

“Mənə çox ağırdır, əzab çəkirəm. Üstəlik, bu gün anamın ad günüdür”, - Qavrilova yazıb.

Qeyd edək ki, Eminlə Alyona 2018-ci ildə evlənmişdilər.

Xəbər lenti
0