Bu institutun direktorundan izahat alındı - Karantin rejimini pozduğu üçün

© Depositphotos.com / Diego_cervoВрач осматривает рентгеновские снимки грудной клетки
Врач осматривает рентгеновские снимки грудной клетки - Sputnik Azərbaycan
Abunə olmaq
İnstitutun direktoru Həqiqət Qədirovadan izahat alınıb. Ona ciddi xəbərdarlıq edilib. Bir daha belə nöqsanlara yol verilməməsi tapşırılıb

BAKI, 13 may — Sputnik. “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda karantin rejimi qaydalarını pozaraq keçirilən tədbirlə əlaqədar aparılan araşdırma yekunlaşıb”. Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib. 

O bildirib ki, məsələ ilə bağlı institutun direktoruna xəbərdarlıq edilib: "Həkimlər arasında kütləvi tədbirin keçirilməsi barədə məlumat əsasında araşdırma aparıldı. Nəticədə, institutun direktoru Həqiqət Qədirovadan izahat alınıb. Ona ciddi xəbərdarlıq edilib. Bir daha belə nöqsanlara yol verilməməsi tapşırılıb”.

Xəbər lenti
0