CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artistlər karantində evdə hər oyundan çıxdılar - VİDEO

© Photo : Instagram / freeladdermanАзербайджанский циркач Узеир Новрузов, фото из архива
Азербайджанский циркач Узеир Новрузов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sirk ustası Üzeyir Novruzov Cirque du Soleil-dən olan həmkarları ilə birlikdə karantində insanların əhval-ruhiyyəsini qaldırmaq məqsədi daşıyan layihədə iştirak edib

BAKI, 13 may — Sputnik, Kəmalə Əliyeva. ABŞ-da yaşayan və bütün dünyada məşhur olan azərbaycanlı sirk ustası Üzeyir Novruzov həmkarları ilə birlikdə "Karantin sirk artistlərinin gözü ilə" qısametrajlı filminin qəhrəmanı olub. Artistin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, çarxın əsas məqsədi karantin dövründə insanların əhval-ruhiyyəsini qaldırmaqdır.

Koronavirus pandemiyası ilə əlaqədar dünyada kütləvi, o cümlədən əyləncəli tədbirlər ləğv edilib və sirk artistləri öz evlərində özünütəcrid prinsipinə əməl etməyə məcburdurlar. Odur ki, Üzeyir Novruzov Kanadanın məşhur "Cirque du Soleil" ("Günəş sirki" - red.) adlı sirkindən olan həmkarları ilə birlikdə "Karantin sirk artistlərinin gözü ilə" layihəsində iştirak edib.

"Muxtar Ömər Şərif tərəfindən səhnələşdirilən çarxda bir çox sirk artistləri iştirak edib. Hər birimiz videoçarxın bizə aid hissəsinin ideyasını özümüz düşündük. Biz ilk dəfə sirk arenasında deyil, evdə çıxış etməli olduq. Bu çətin dövrdə insanları əyləndirmək, onların əhval-ruhiyyəsini qaldırmaq üçün kiçik bir təqdimatla çıxış etdik", - deyə Novruzov bildirib.

Üzeyir Novruzov Gəncədə anadan olub, lakin Rusiyada böyüyüb. Sonra yaşamaq üçün ABŞ-a köçüb. O, sirkdə əfsanəvi Çarli Çaplinin obrazını yaradır və onları tez-tez müqayisə edirlər. Novruzov Çində altı metrlik nərdivana dırmaşmaq və onun üzərində 8 dəqiqə dayanmaq üzrə dünya rekordunu vurub. Bu nömrəyə görə onun adı Ginnesin Rekordlar Kitabına düşüb.

Hazırda sirk ustası ailəsi ilə birlikdə Amerikada yaşayır. O, müxtəlif sirk tamaşalarında çıxış edir və dəvət olunduğu istedad şoularına qatılır. Üzeyir "America's Got Talent" şousuna qatılandan sonra xüsusilə şöhrət qazanıb. ABŞ-ın məşhur "The Washington Post" qəzeti Novruzova məqalə həsr edib və onu qorxusuz azərbaycanlı adlandırıb.

Xəbər lenti
0