CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xoş olmayan gilavar - Meteohəssas insanlar indidən ehtiyat görsünlər

© pixabay / RobinHigginsBaş ağrısı, arxiv şəkli
Baş ağrısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 13-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 12 may — Sputnik. Mayın 13-də Azərbaycanda gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir,  gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 10-14° isti, gündüz 19-23° isti, Bakıda  gecə 12-14° isti, gündüz  20-22° isti olacaq. Atmosfer  təzyiqi 763 mm civə sütunundan 758  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 40-45 % olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Mayın 13-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Xəbər lenti
0