CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda sərnişin sayı kəskin azalıb

© Sputnik / Murad OrujovСтанция "Сахиль" Бакинского метрополитена после капитального ремонта и реконструкции
Станция Сахиль Бакинского метрополитена после капитального ремонта и реконструкции - Sputnik Azərbaycan
Abunə olmaq
"Karantindən daha öncəki adi iş günlərində metropoliten tərəfindən 700-800 min sərnişin daşınırdısa, istirahət günlərində bu rəqəm şənbə gününə görə 600 min, bazar gününə görə isə 450 min olurdu"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. "Bu gün baş verən texniki problemlə əlaqədar olaraq hələlik ötən günə dair statistikanı əldə etməmişəm. Amma ümumilikdə qeyd edim ki, ötən günlər əsasən istirahət və qeyri-iş günləri olduğundan metropolitenin yenidən fəaliyyətə başladığı ilk gündə - mayın 9-da sərnişin sayı 100 mindən bir qədər çox, növbəti gündə isə 80 mindən bir qədər artıq sərnişin daşındı".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, karantindən öncəki günlərdə adi günlərlə yanaşı, istirahət və bayram günlərində də bu rəqəmlər qat-qat yüksək olub: "Karantindən daha öncəki adi iş günlərində metropoliten tərəfindən 700-800 min sərnişin daşınırdısa, istirahət günlərində bu rəqəm şənbə gününə görə 600 min, bazar gününə görə isə 450 min olurdu. Mayın 9 və 10-na olan sərnişindaşımaya dair statistikaya nəzər salsaq, həmin rəqəmlərin karantindən daha öncəki adi iş günləri ilə müqayisədə 7-9, karantindən daha öncəki bazar günləri ilə müqayisədə 4-5 dəfə, şənbə günləri ilə müqayisədə isə 6-7 dəfə az sərnişin daşınıb".

"Bu da ümumən sosial məsafənin qorunması və ümumiyyətlə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və metodiki göstərişinə uyğun sərnişindaşımanın optimal şəkildə həyata keçirilməsinə şərait yaradıb. Hazırda da sərnişin sıxlığı müşahidə olunmur", - deyə B.Məmmədov əlavə edib.

Xəbər lenti
0