CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qədər "yumşalmayın", diqqət hər zaman üzərinizdədir - FOTO

© Sputnik / Irade JELILBakı karantin günlərində
Bakı karantin günlərində - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Baş Polis İdraəsinin məlumatına görə isə, postlar azaldılıb və Post Patrul Xidməti və Daxili Qoşunların əməkdaşları xidmət aparacaq

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Bəzi KİV-də bu gündən Bakıda karantin postlarının sayının minimuma endirilməsi barədə məlumatlar yer alıb. Qeyd edilib ki, yol patrul xidməti əməkdaşları postlardan çəkilib və adi qaydada xidmətlərini davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat şöbəsini rəisi Ehsan Zahidov isə açıqlamasında bildirib ki, piyadalarla bağlı yoxlamalar gücləndirilib və yoxlamalar çox ciddi şəkildə aparılır: "Bu gün bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə məlumat yayılıb.

Bildirirəm ki, qeyd olunan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 4 may 2020-ci il tarixdən ölkə ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşaltma yoxdur".

© Sputnik / Irade JELILHüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda xüsusi rejimə nəzarət edirlər
Bu qədər yumşalmayın, diqqət hər zaman üzərinizdədir - FOTO - Sputnik Azərbaycan
Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda xüsusi rejimə nəzarət edirlər

Onun sözlərinə görə, gündəlik olaraq Daxili İşlər Nazirliyi tərəfindən mövcud şərait və vəziyyət təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb və ya azaldılması barədə qərar qəbul edilə bilər: "Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib. Odur ki, vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməmək, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tələb olunur".

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə isə, postlar azaldılıb və Post Patrul Xidməti və Daxili Qoşunların əməkdaşları xidmət aparacaq.

Bundan əlavə isə daha çox nəzarət tədbirləri küçədə davam etdiriləcək. Polis əməkdaşları, eləcə də bəzi YPX əməkdaşları piyada xidmətə cəlb olunacaqlar. Onlar küçədə hərəkət edən piyadaların karantin rejiminə əməl etməsinə nəzarəti həyata keçirəcəklər.

"Bilirsiniz ki, maska və əlcək taxmağa görə cərimə tətbiq edilmir. Amma metroya və ictimai nəqliyyatda maska taxılmalıdır. Polis hazırda buna və icazələrə nəzarət edir. Qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati cərimə və həbs məsuliyyəti tətbiq olunacaq", - deyə bildirilib.

© Sputnik / Irade JELILHüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda xüsusi rejimə nəzarət edirlər
Bu qədər yumşalmayın, diqqət hər zaman üzərinizdədir - FOTO - Sputnik Azərbaycan
Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda xüsusi rejimə nəzarət edirlər

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, postların yığışdırılması artıq zəruri bir məsələyə çevrilmişdi:

"Biz yola çıxanda yolda post maşınları saxlayıb yoxlayır. Xidmət göstərməsinə icazə verilən sahələr də var ki, bu sahələrə icazə veriləndən sonra maşınların sayı çoxalıb. Bu baxımdan da yollarda karantin postları ciddi problemlər yaradırdı. Hazırda bu postların sayı minimuma endirilib. Cəmi 18 nöqtədə post qalıb".

Ekspert qeyd edib ki, son vaxtlar cərimə olunan sürücülərin sayında azalma var. Cərimə olunanların da əksəriyyətinə magistral yollarda rast gəlinir: "Çünki rayona getmək istəyənlər, rayondan gəlmək istəyənlər daha çoxdur. Yəni şəhər daxilində çox nadir hallarda olur, amma icazəsiz çölə çıxan xeyli vətəndaş var.

Bu addım günün tələblərinə uyğun atılıb. Günün də tələbi odur ki, bu gün küçədə avtomobildən daha çox, piyada var. Onlarla mübarizə aparmaq lazımdır. Avtomobillə gedən insanın virusu yaymaq, virusa yoluxmaq ehtimalı azdır. Çünki avtomobil öz şəxsi avtomobilidir".

© Sputnik / Irade JELILHüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda xüsusi rejimə nəzarət edirlər
Bu qədər yumşalmayın, diqqət hər zaman üzərinizdədir - FOTO - Sputnik Azərbaycan
Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda xüsusi rejimə nəzarət edirlər

E.Muradlı vurğulayıb ki, ancaq cəmiyyət arasında sosial məsafə qorunmur, maskadan istifadə olunmur.

Qeyd edək ki, metroların yaxınlığında, dayanacaqlarda polis əməkdaşları vətəndaşların icazələri ilə maraqlanır və vətəndaşlar ictimai nəqliyyata maskasız buraxılmır.

Ancaq qeyd edək ki, bütün qayda və tələblərə baxmayaraq, şəhərdə sıxlıq hiss edilir.

Xatırladaq ki, aprelin 5-də Azərbaycan ərazisində xüsusi karantin rejimi tətbiq edilib. Vətəndaşlar 8103-ə müvafiq mesaj yazmaqla və xüsusi icazələrlə hərəkət edə bilərlər.

Mayın 1-dən isə xüsusi sanitar rejimi tətbiq edilib. Belə ki, yeni qaydalara görə, ictimai nəqliyyatda, metroda, qapalı məkanlarda maska taxmaq tələb edilir.

Xəbər lenti
0