CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlahiyyat İnstitutuna yeni rektor təyin edildi

© Photo : AZƏRTACAqil Şirinov, arxiv şəkli
Aqil Şirinov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov fevralın 9-da keçirilən parlament seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib

BAKI, 12 may — Sputnik. Prezident İlham Əliyev Aqil Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, A.Şirinov 1979-cu ilin sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub.

O, bu təyinata qədər Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru idi. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov fevralın 9-da keçirilən parlament seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, o, seçicilərin 62,7%-nin səsini toplayıb.

O, martın 9-u Prezidentin sərəncamı ilə İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunub.

Xəbər lenti
0