Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan qısa müddət ərzində genişmiqyaslı sosial dəstək paketini reallaşdırıb

Abunə olmaq
Əhalini koronavirus pandemiyasının mənfi təsirindən qorumaq məqsədilə təkcə 2020-ci ilin aprelində 480 milyon manat insanların maliyyə vəziyyətinin dəstəklənməsinə yönəldilib

Aprelin 4-də Azərbaycanda xüsusi karantin rejiminin tətbiqindən sonra Baş Nazir Əli Əsədov "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" planı təsdiq edib.

Sənədə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 600 min nəfər 190 manat məbləğində birdəfəlik ödəniş almaq hüququnu qazanıb.

Bundan başqa, işçilərin müdafiəsi ilə bağlı bir sıra qərarlar qəbul edilib, xüsusilə də işəgötürənlərə karantin zamanı personalın işdən çıxarılması qadağan edilib. İşçilərin əmək haqlarının qorunması üçün dövlət tərəfindən sahibkarlara vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz növbəsində ödənişli ictimai əmək sektorunda 90 min yeni iş yeri yaradıb. İşsiz insanlar özlərini sosial işçi, dezinfektor və hətta bağban kimi sınaya biləcəklər.

Sosial dəstəyin daha bir elementi aztəminatlı insanların ərzaq yardımı ilə təmin edilməsi olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə bu təşəbbüsə bir sıra tərəfdaşlar və könüllülər qoşulublar. Bunun nəticəsi olaraq, 100 min ailə təcrid zamanı ərzaq dəstləri alıb.

Əhalinin sosial dəstək paketi haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasında ala bilərsiniz.

Xəbər lenti
0