CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə qitəyə vizasız gedə bilərik, amma öncə istixana qazları, rəqəmsal iqtisadiyyat və...

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçidСаммит Восточного партнерства в Брюсселе, фото из архива
Саммит Восточного партнерства в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı Şurası "Şərq Tərəfdaşlığı"nın 2020-ci ildən sonrakı siyasətinə dair təsdiqlədiyi sənəddə ən çox yeni element iqtisadiyyata və ətraf mühitə aiddir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Avropa İttifaqı Şurası Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni çərçivə sazişi haqqında aparılan danışıqlarda irəliləyişi alqışlayır. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Avropa İttifaqı Şurasının "Şərq Tərəfdaşlığı"nın 2020-ci ildən sonrakı siyasətinə dair təsdiqlədiyi qərarda yer alıb.

Мужчина на пляже в Барселоне, фото из архива - Sputnik Azərbaycan
Səyahəti sevənlər üçün: əvvəl həkim, sonra viza, pul qalsa - bənövşəyi nişanı görmək

Şura tərəfindən təsdiqlənən sənəd Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrə münasibətdə rəsmi mövqeyidir.

Sənəddə həmçinin qeyd olunur ki, yalnız müəyyən şərtlər həyata keçirildiyi təqdirdə Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri ilə vizasız rejim haqqında danışıqlara başlayacaq.

Xatırladaq ki, Avropa İttifaqına qısamüddətli səfərlər üçün Şərq Tərəfdaşlığı ölkələrindən üçü – Gürcüstan, Moldova, Ukrayna vətəndaşları vizasız səfər edə bilirlər. Azərbaycan, Ermənistan və Belarus vətəndaşları üçün isə viza tələb olunur.

"Avropa İttifaqına səfər etmək üçün vətəndaşlarından viza tələb olunan digər ölkələrlə viza rejiminin liberallaşdırılmasına dair danışıqlar şərtlər imkan verəcəyi təqdirdə baş tutacaq", - deyə sənəddə qeyd olunur.

Bu şərtlər siyahısına mövcud səfər rejiminə riayət edilməsi, viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında razılaşmaların qənaətbəxş şəkildə yerinə yetirilməsi daxildir.

Sənədə əsasən, 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı proqramının praktiki məqsədi yenə də islahatlar olacaq. Avropa İttifaqı Şurası qeyd edir ki, islahatların həyata keçirilməsi proqrama üzv ölkələrin öz əllərindədir, lakin qurum "adekvat maliyyə və ekspert dəstəyi" verməklə bu səyləri dəstəkləməyə hazırdır.

Виза в США, фото из архива - Sputnik Azərbaycan
ABŞ viza verilməsini tam dayandırdı

Avropa İttifaqı Şurası "Şərq Tərəfdaşlığı"nın 2020-ci ildən sonrakı siyasətinə dair təsdiqlədiyi sənəddə daha çox iqtisadiyyata və ətraf mühitin qorunmasına dair müddəalara yer verilib.

Diqqət çəkilən əsas sektorlardan biri rəqəmsal iqtisadiyyatdır. Avropa İttifaqı Şurası qarşısına 6 postsovet ölkəsini birləşdirərək vahid rəqəmsal bazarın üstünlüklərini artırmaq məqsədi qoyub.

Avropa İttifaqı, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinə İqlim dəyişikliyi üzrə Paris razılaşmasının öhdəliklərini həyata keçirməyə, həmçinin atmosferə buraxılan istixana qazlarının azaldılması üçün bu ölkələrin iqtisadiyyatlarını modernləşdirməyə yardım etməyə hazırdır.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Avropa İttifaqı tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Xəbər lenti
0