“Xüsusi karantin günlərində Akademik Milli Dram Teatrı mədəniyyət Nazirliyinin tövsiyyəsi ilə virtual repertuarını tərtib edib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.
Artıq üçüncü aydır ki, repertuara uyğun olaraq onlayn tamaşalarımızı təqdim edirik. Sevindirici hal odur ki, bu tamaşalara tək ölkə daxilində deyil, eyni zamanda digər ölkələrdən də maraqla baxılır. Tamaşaçıların onlayn tamaşalara marağı yüksəkdir. Çünki biz təkcə cari repertuarda olan tamaşaları deyil, eyni zamanda illər əvvəl premyerası keçirilən və hazırda repertuarda olmayan tamaşaları da təqdim edirik. Tamaşaları təkcə Azərbaycan dilində deyil, rus və ingilis dillərində subtitrlərlə yayımlayırıq. Bu, xarici tamaşaçıların bizim tamaşalara maraq göstərməsinə imkan yaradır”.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən martın 14-dən etibarən ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirləri çərçivəsində ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb.
Cavid Zeynallının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz