CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin günlərində 12 nəfər sosial sığınacağa yerləşdirilib

© AR Ministry of Labour and Social Protection of the PopulationYaşayış yeri olmayan şəxslər üçün sosial sığınacaq
Yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda 34 nəfərin yaşadığı Sosial Sığınacaqda sakinlərin pandemiyadan qorunması üçün zəruri işlər görülür.

BAKI, 12 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan şəxslər üçün Sosial Sığınacağının karantin bölməsinə 12 nəfər qəbul olunub. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərdə qeyd edilir ki, buraya qəbul olunan şəxslər 14 gün ərzində bölmədə xüsusi geyimlə, qoruyucu vasitələrlə, qida və s. ilə təmin edilirlər.

© AR Ministry of Labour and Social Protection of the Population
Yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacaq - Sputnik Azərbaycan
1/3
© AR Ministry of Labour and Social Protection of the Population
Yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacaq - Sputnik Azərbaycan
2/3
© AR Ministry of Labour and Social Protection of the Population
Yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacaq - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Həmin müddətdə TƏBİB mütəxəssisləri tərəfindən onlar mütəmadi tibbi müayinələrdən keçirilirlər. Həmçinin hər gün azı iki dəfə müvafiq cihazlarla temperaturları yoxlanılır. Karantin dövründə koronavirusa yoluxma aşkar edilmədikdə onlar Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa köçürülürlər. Hazırda 34 nəfərin yaşadığı Sosial Sığınacaqda sakinlərin pandemiyadan qorunması üçün zəruri işlər görülür. Müəssisə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrlə təmin olunub. Burada mütəmadi dezinfeksiya işləri aparılır, sosial təcrid rejimi tətbiq edilir. Sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur, sakinlərin sağlamlıqlarının qorunması üçün bütün işlər görülür.

Xəbər lenti
0