CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bankların qabağı yenə qələbəlik olacaq: 190 manatlıq yardımın ikinci hissəsi gəlir

© Sputnik / Shahperi AbbasovaЛюди у банкомата, фото из архива
Люди у банкомата, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq birdəfəlik ödəmə alan şəxslərə bank kartlarının verilməsinə başlanılıb, bu prosesə bütün banklar səfərbər olunub

BAKI, 11 may — Sputnik. Sabahdan 190 manatlıq birdəfəlik ödəmənin ikinci ay üçün ödənişlərinin verilməsinə başlanılacaq.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
Kredit alan ailələrə də ünvanlı sosial yardım veriləcək

Onun sözlərinə görə, artıq birdəfəlik ödəmə alan şəxslərə bank kartlarının verilməsinə başlanılıb: “Bu prosesə bütün banklar səfərbər olunub. Kartların təqdim edilməsi prosesi davam edir. Mayın 12-dən başlayaraq, aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birədəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara ödəniləcək. İstirahət günlərinə düşdüyü üçün sabah həm 9, həm 10, həm 11, həm də ayın 12-si üçün birdəfəlik ödəmə veriləcək. May ayının sonuna qədər ödənişlər bütün kartlara ödənəcək”. 

Karantin müddətinin uzadılacağı təqdirdə birdəfəlik ödəmənin yenidən verilib-verilməyəcəyinə məsələsinə gəldikdə isə F.Talıbov qeyd edib ki, Tədbirlər Planında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 ay ərzində 190 manatlıq birədəfəlik ödəmə tapşırığı verilib. Ona görə də ödəmə 2 ay üçün nəzərdə tutulub.

Xəbər lenti
0