Türkiyənin 9 vilayətinə giriş-çıxış qadağası ləğv olunur

© AP Photo / Emrah GurelСитуация в связи с эпидемиологической обстановкой в Стамбуле
Ситуация в связи с эпидемиологической обстановкой в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Komendant saatı mayın 16-dan 19-dək davam edəcək. 16, 17, 18 və 19 mayda evdən küçəyə çıxmaq yenidən qadağan olunacaq.

BAKI, 11 may - Sputnik. “Diyarbakır, Adana, Mardin, Trabzon, Ordu, Kahramanmaraş, Şanlıurfa, Tekirdağ, Dənizli vilayətlərinə giriş-çıxış məhdudiyyəti aradan qaldırlacaq”. 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, keçən həftə, Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğlaya giriş-çıxış məhdudiyyəti aradan qaldırılmışdı. Beləliklə, Türkiyədə giriş-çıxış qadağası qoyulan 31 vilayətdən 15-i qalıb.

Onun sözlərinə görə, Türkiyənin 31 əyalətində koronavirus pandemiyası ilə əlaqədar komendant saatı tətbiq olunacaq.

Komendant saatı mayın 16-dan 19-dək davam edəcək. 16, 17, 18 və 19 mayda evdən küçəyə çıxmaq yenidən qadağan olunacaq.

Türkiyədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb.

Xəbər lenti
0