“Lufthansa” qayıdır – amma tədricən

© AP Photo / Michael ProbstСамолеты, фото из архива
Самолеты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkətin 80-nə yaxın hava layneri sərnişinləri yenidən öz bortunda qarşılamağa hazırlaşır. 763 təyyarədən ibarət olan “Lufthansa Group” hava donanması parkı uçuşların sayının sonradan tədricən 160-a çatdırılacağını bəyan edib.

BAKI, 11 may — Sputnik. Almaniyanın “Lufthansa” aviaşirkəti iyun ayndan etibarən uçuşları bərpa edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, şirkətin 80-nə yaxın hava layneri sərnişinləri yenidən öz bortunda qarşılamağa hazırlaşır. 763 təyyarədən ibarət olan “Lufthansa Group” hava donanması parkı uçuşların sayının sonradan tədricən 160-a çatdırılacağını bəyan edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 20 minə yaxın aviareys təxirə salınıb.

Marşrutlar indi 106 istiqaməti özündə birləşdirəcək. Aviaşirkət o cümlədən Mayorka, Girit, Rostock, Zilt kurort adalarına da uçuşlar həyata keçirəcək.

Xəbər lenti
0