Türkiyədə daha 47 nəfər virusun qurbanı oldu

© AFP 2024 / BULENT KILICСитуация в связи с эпидемиологической обстановкой в Стамбуле
Ситуация в связи с эпидемиологической обстановкой в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 138 657 nəfər yoluxub.

BAKI, 10 may — Sputnik. Türkiyədə son 24 saatda daha 1 542 nəfər koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, son gün ərzində ölkədə daha 47 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 138 657 nəfər yoluxub.

Ölkədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 370 598 test aparılıb.

O qeyd edib ki, hazırda 1 154 nəfərin vəziyyəti ağırdır. Müalicə alan 92 691 xəstə sağalıb.

Xəbər lenti
0