BAKI, 10 may — Sputnik. İndiyə qədər Azərbaycanda koronavirus infeksiyasına 2519 nəfərin yoluxması faktı müəyyən edilib.
Nazirlər Kağbineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılıb.