CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü yağışlar Qəbələdə fəsadlara səbəb olub

© Sputnik / Ilham AhmadovQəbələdə leysanın nəticəsi
Qəbələdə leysanın nəticəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Leysan nəticəsində rayonun Dəmiraparan çayında suyun səviyyəsi qalxıb və Laza kəndinə gedən yolun bir hissəsini yuyub. Nəticədə yoldan istifadə təhlükəli vəziyyətə gəlib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Qəbələdə iki gündür aramsız yağan leysan yağışlar fəsadlara səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, şəxsi təsərrüfatlara ziyan dəyib, bəzi çaylarda daşqına səbəb olub.

© Sputnik / Ilham AhmadovQəbələdə leysanın nəticəsi
Güclü yağışlar Qəbələdə fəsadlara səbəb olub - Sputnik Azərbaycan
Qəbələdə leysanın nəticəsi

Hazırda bölgədə leysan yağışları davam edir. Güclü yağıntı əsasən rayonun şimal hissəsinə, eləcədə Laza, Durca, Qəmərvan kəndlərinə və İsmayıllı rayonu ilə həmsərhəd kəndlərə daha çox ziyan vurub. Leysan nəticəsində rayonun Dəmiraparan çayında suyun səviyyəsi qalxıb və Laza kəndinə gedən yolun bir hissəsini yuyub. Nəticədə yoldan istifadə təhlükəli vəziyyətə gəlib.

© Sputnik / Ilham Ahmadov
Qəbələdə leysanın nəticəsi - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ilham Ahmadov
Qəbələdə leysanın nəticəsi - Sputnik Azərbaycan
2/3
© AR Ministry of AgricultureSoğan əkini
Урожай лука - Sputnik Azərbaycan
3/3
Soğan əkini
1/3
2/3
3/3
Soğan əkini

Bununla yanaşı, rayonda bir çox şəxsi təsərrüfatlarda bostanlara və meyvə ağaclarına da ziyan dəyib. Yağıntı nəticəsində həyətlərə su yığılıb və tövlə, quş damlarına su dolub. Yağıntılar əsasən səhər saat 5 radələrində və gündüz 16.30 radələrində daha güclü olub.

İki gündür davam edən yağıntı nəticəsində Oğuz rayonunda da bəzi çaylarda suyun səviyyəsinin qalxmasına gətirib çıxarıb.

Xəbər lenti
0